Evdən qaçan 15 yaşlı qızın faciəvi sonu


Dünya 14 Dek 2018 14:13:00 400 0

Evdən qaçan 15 yaşlı qızın faciəvi sonu

Təcavüzə məruz qalan qızın ölümündən əvvəlki son görüntüləri yayılıb

.

Son.az Mirror-a istinadla xəbər verir ki, görüntülərdə onun zorlanıb, öldürüldüyü parkın ətrafında gəzişməsi əks olunub.

14 yaşlı Viktorija Sokolova adlı qız bu ilin aprel ayında evdən gizlicə çıxaraq Facebook sosial şəbəkəsində tanış olduğu oğlanla görüşə gedib. İtini parkda gəzdirməyə çıxan şəxs səhəri gün Viktorijanın yarıçılpaq cəsədini tapıb.

Oğlan qızı öldürdükdən sonra onun cəsədini İngiltərənin Volveremton şəhərindəki Vest parkda, skamyanın arxasına atıb, qaçıb.

Volveremton şəhər məhkəməsində 14 yaşlı qızı zorlayan oğlana hökm oxunub. Onun yaşı 18-dən az olduğuna görə adı mətbuata açıqlanmır.


Xəbərə aid fotolar