Babək prospektində təmir YEKUNLAŞDI (FOTO/VİDEO)


Digərləri 14 Dek 2018 14:15:02 231 0

Babək prospektində təmir YEKUNLAŞDI (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

Bakı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşıb. Agentlikdən Trend-ə verilən məlumata görə, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib. Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.