Dövlət Komitəsi Bakının Baş planı üçün şəhərsalma şirkəti seçir


Digərləri 14 Dek 2018 13:49:00 228 0

Dövlət Komitəsi Bakının Baş planı üçün şəhərsalma şirkəti seçir

Paytaxtın Baş planının əsasını təşkil edəcək konseptual yanaşma və inkişaf prioritetləri müəyyən edilib

Bakı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işini davam etdirir. Komitədən Trend-ə verilən məlumata görə, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edib. Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırılıb, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədi ilə açıq tender elan edilib. Birinci mərhələdə, ötən illər ərzində hazırlanmış “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri Boston Konsaltinq Qrup şirkəti ilə birgə təhlil edilib. Məlum olub ki, həmin şəhərsalma sənədlərinin hazırlanması zamanı bir çox zəruri olan məlumatların toplanması, onların aktuallığının yoxlanılması mümkün olmamışdı, həmin planların torpaq kadastrına bağlantısı təmin edilməyib və bir çox məsələlərdə qeyri-dəqiqliyə yol verilib. Bununla belə, həmin sənədlərin bir hissəsinin Bakının Baş planının hazırlanmasında istifadə olunması mümkün olduğu müəyyənləşdirilib. Eyni zamanda, birinci mərhələdə paytaxtın inkişaf istiqamətləri ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yerli ekspertlərin və şəhər sakinlərinin (sosial sorğu vasitəsilə) mövqeyi öyrənilmiş, beynəlxalq təcrübəyə və bu sahədə müasir tendensiyalara əsaslanaraq Bakının gələcək inkişafına dair konseptual yanaşma formalaşdırılıb. Beynəlxalq təcrübə təhlil edilərkən dünyanın müxtəlif şəhərlərinin (London, Toronto, Vyana, Dubay, Kopenhagen, Paris, Praqa, Doha, Moskva və s.) şəhərsalma və zonalaşma təcrübəsi öyrənildi, müsbət və mənfi cəhətləri araşdırılıb. Hazırlanmış konsepsiya çərçivəsində Bakı şəhərinin inkişafının dörd prioritet istiqaməti müəyyənləşdirilib: