Əmisi oğlunun arvadı ilə cinsi əlaqədə olanı cəzalandıranlar


Digərləri 14 Dek 2018 13:09:00 285 0

Əmisi oğlunun arvadı ilə cinsi əlaqədə olanı cəzalandıranlar

Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib.

Müəyyən edilib ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub.

Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.

Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.