Bakı Limanında 3,9 milyon ton yük aşırılıb


Digərləri 14 Dek 2018 13:09:00 186 0

Bakı Limanında 3,9 milyon ton yük aşırılıb

Dekabrın 14-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 mininci sərnişini qəbul edib.

Bakı. Dekabrın 14-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 mininci sərnişini qəbul edib. Trend-in məlumatına görə, 45 mininci sərnişin olan Türkmənistan vətəndaşı Bibipatma Yarjanovanın mükafatlandırılması ilə bağlı Bakı Limanında mərasim keçirilib. Tədbirdə Bakı Limanının və Türkmənistan səfirliyinin nümayəndələri iştirak edibdir. Bakı-Türkmənbaşı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma Yarjanova bildirib ki, “Bu xoş təsadüf məni çox sevindirdi. Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”.