“Kubinka”da narkotik satışı ilə məşğul olan “Bibi”nin istintaqı başa çatdı


Digərləri 14 Dek 2018 12:55:00 247 0

“Kubinka”da narkotik satışı ilə məşğul olan “Bibi”nin istintaqı başa çatdı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən Sənubər Lütfəliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, S.Lütfəliyevanın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.