Azərbaycanlı mer 10 min lari qarşılığında azad olunub, amma...


Digərləri 14 Dek 2018 12:42:00 275 0

Azərbaycanlı mer 10 min lari qarşılığında azad olunub, amma...

Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov  6 aydan sonra azadlığa buraxılıb. Amma bu müvəqqətidir.

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.

O, bildirib ki, Temur Abazovun məsələsində onun da adı hallanır.

"Temur Abazov 10 min lari məbləği qarşılığında məhkəmə zalından azad olunub.  O da tam azad olunma deyil. Proses davam edir. Həbsdə qalmamaq şərtilə məhkəmə iclaslarına qatılacaq. Hazırda mən də eyni cinayətlə suçlanıram və məhkəmədəyəm. Təəssüf ki, məni də bu oyuna qatıblar. Temur Abazov qanuni yolla seçilmiş şəhərin meri idi. Gürcüstanın tarixində birinci dəfə seçki yolu ilə seçilmiş icra başçısı olub".

Azərbaycanlı deputatın sözlərinə görə, Marneuli merinin vəzifəsinin icra edən şəxs var:

"Temur Abazovu Marneuli meri vəzifəsində birinci müavini əvəz edir. O gürcüstanlıdır. Əgər Temur Abazovun cinayəti sübuta yetirilsə, onu 5 ildən 11 ilə qədər həbs cəzası gözləyir".

Azər Süleymanov mandatının əlindən alınmasına edilən cəhdlərin sensasion məsələ olduğunu vurğulayıb: