İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb


Digərləri 14 Dek 2018 12:44:00 228 0

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb. Aİİ-dən Trend-ə verilən məlumata görə, Elmi Şuranın Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının yaradılması haqqında qərarından, Şuranın Əsasnaməsinin qəbulundan sonra, İnstitut rektorunun əmri ilə İctimai Nəzarət Şurasının tərkibi təsdiq edilib. Şuranın tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspert, professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsrafilov, “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbəsi Fərid Qasımzadə daxil edilib. Dekabrın 13-də İctimai Nəzarət Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev sədr, təhsil üzrə ekspert Nadir İsrafilov sədr müavini, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva katib seçilib.