Göztepe heç-heçə oynayacaqmı? - "Topaz"


İdman 14 Dek 2018 12:32:00 647 0

Göztepe heç-heçə oynayacaqmı? - "Topaz"

Futbol azarkeşləri və mərc həvəskarları üçün növbəti maraqlı həftəsonu başlayır. Avropanın "top liqaları" da daxil olmaqla bir sıra ölkə çempionatlarında bu gün yeni tura start verilir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" müxtəlif liqaların oyunlarını ümumiləşdirərək öz müştərilərinə mərc etmək üçün 84 qarşılaşma təklif edir. 

Bunlardan 36-sına canlı, 5-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Canlı və "təkli" mərc edə biləcəyiniz oyunlardan biri Goztepe - Bursaspor görüşüdür. Türkiyə superliqasının 16-ıc turunun açılış matçında turnir cədvəlində qonşu olan komandalar İzmirdə üz-üzə gələcək. Goztəepe arxada qalan 15 turda heç-heçə oynamayaraq unikal nəticə göstərir. İzmir klubu son 4 turda ardıcıl uduzduğundan cədvəldə xeyli geriləyərək 12-cı sıraya yuvarlanıb. Bursalılar isə 11-ci yerdə qərarlaşıb.