Şəmkirdə əmisi gəlini ilə bir yerdə olan şəxsi döyüb videoya çəkdilər


Digərləri 14 Dek 2018 12:36:40 265 0

Şəmkirdə əmisi gəlini ilə bir yerdə olan şəxsi döyüb videoya çəkdilər

Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.

Bakı. Samir Əli - Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb. Trend-in məlumatına görə, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib. Müəyyən edilib ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub. Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.