Paşinyanın ən yaxın adamlarından biri
Dünya 14 Dek 2018 12:15:00 233 0
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən, daha doğrusu, ölkənin faktiki rəhbəri olan Nikol Paşinyanla bağlı yeni qalmaqal yaranıb.
Bəlli olub ki, Paşinyanın başçılıq etdiyi "Mənim addımım" ("İm Qayle") seçki blokundan ölkə parlamentinə deputat seçilmiş Sergey Movsisyan sutenyordur.
Daha konkret olsaq, o, Aştarak şəhərində fəaliyyət göstərən "Lido" striptiz-klubunun sahibi, müştəriləri "gözəl qızlar"la təmin edən şəxsdir.
S.Movsisyan Araqotsn vilayətindəki 7 saylı seçki dairəsindən namizədliyini irəli sürmüşdü. O, Nikorl Paşinyanın ən yaxın adamlarından biri kimi tanınır.
Lakin olaylar bununla bitmir.
Mənbə: milli.az