Sabah TOEFL IBT imtahanı keçiriləcək


Digərləri 14 Dek 2018 12:02:00 230 0

Sabah TOEFL IBT imtahanı keçiriləcək

TOEFL IBT imtahanı 2018-ci il dekabrın 15-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq

Bakı. Sabah TOEFL IBT imtahanı keçiriləcək. İmtahan Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahan saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.