Qubada oğurluqla məşğul olan 3 nəfər saxlanılıb


Digərləri 14 Dek 2018 11:50:00 220 0

Qubada oğurluqla məşğul olan 3 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.

Bakı. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Cavid Nəcəfov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari ilin oktyabr-noyabr ayları ərzində rayonun Bağbanlı kəndi ərazisində yerləşən bağlardan və şəhər bazarı ərazisində yerləşən mağazalardan 5 oğurluq hadisəsi törətməsi, vətəndaşlara məxsus pul qabları, mağazalardan tütün məmulatları, spirtli içki və yeyinti məhsulları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurması müəyyən edilib. Həmçinin keçirilmiş tədbirlərlə rayon ərazisində oxşar cinayətləri törədən başqa şəxslərin də şəxsiyyəti məlum olub.