Bərdədə yetkinlik yaşına çatmayanın qaçırılması ilə bağlı cinayət işi başlanıb


Digərləri 14 Dek 2018 11:25:49 233 0

Bərdədə yetkinlik yaşına çatmayanın qaçırılması ilə 
bağlı cinayət işi başlanıb

Dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub.

Bakı. Dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub. Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.