Azərbaycanda 6 vəkillə bağlı qərar qəbul edildi


Digərləri 14 Dek 2018 10:35:00 217 0

Azərbaycanda 6 vəkillə bağlı qərar qəbul edildi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

Son.az xəbər verir ki, Kollegiyadan Trend-ə verilən məlumata görə, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb, hazırda Kollegiyanın regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.

Həmçinin iclasda "Hüquqi yardım və tədris mərkəzi"nin yaradılması məsələsinə baxılıb, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilib, təşkil olunacaq Komitəyə Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınıb.

Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək "Entilex Law Group" və Sumqayıt regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul edilib, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.