Azərbaycanın ÜTTə üzvlüyü ilə bağlı növbəti danışıqların vaxtı açıqlandı


Digərləri 14 Dek 2018 10:41:37 280 0

Azərbaycanın ÜTTə üzvlüyü ilə bağlı növbəti danışıqların vaxtı açıqlandı

Gələn həftə Cenevrədə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlar aparılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.

Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə iş gedir, danışıqlar davam etdirilir:

"Gələn həftə İsveçrənin Cenevrə şəhərində növbəti danışıqlar keçiriləcək. Həmçinin təşkilatın özündə islahatlar aparılacaq".