Erməni əsgər anası oğurluq etdi


Dünya 14 Dek 2018 11:02:00 245 0

Erməni əsgər anası oğurluq etdi

Ermənistanda 10 min dram (20,62 ABŞ dolları) oğurlamaqda suçlanan qadının məhkəməsi başlayır. Oğlu İcevan rayonundakı hərbi hissələrdən birində xidmət edən 44 yaşlı qadının dediyinə görə, iki qızı ac idi və onlara yemək almaq üçün oğurluq edib.

Son.az "Lragir"ə istinadən bildirir ki, bu qadının 20 yaşlı oğlunun xidmət etdiyi hərbi hissənin bir qrup əsgəri Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana açıq məktub yazaraq əsgər anasının əfv olunmasın xahiş ediblər.

"Əsgər dostumuz gələn ay tərxis olunur. Onun evə qayıdarkən nə anasını, nə də bacılarını evdə görməməsini istəmirik. Əslində, onların evi də yoxdur. Ailə kirayədə qalır", - açıq məktubda deyilir.

Məktub Ermənistanda sosial şəbəkələrdə geniş yayılıb, müzakirələrə səbəb olub.

Ermənistan ordusundakı rüşvətxorluq, qanunsuzluq, komandirlərin əsgərlərə az qala əzab vermələri ilə bağlı faktlar, habelə əsgərlər arasındakı intiharlarla bağlı qalmaqallar səngimək bilmir. Serj Sarqsyanın devrilməsindən və Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra ermənilər ordudakı vəziyyətin düzələcəyini, problemlərin həllinə başlanacağını düşünürdülər.