İranda bu qadınlara 74 şallaq vurulacaq FOTO


Dünya 14 Dek 2018 11:15:00 305 0

İranda bu qadınlara 74 şallaq vurulacaq  FOTO

İranda qadınlar arasında plastik əməliyyat geniş yayılıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, göstəricilərə görə iranlı qadınlar dünyada ən çox plastik cərraha müraciət edən qadınlar sırasına yüksəlib.

Statistikalara əsasən, plastik əməliyyat tələbi ən çox 17-26 yaş arası qadınlarda olur. Məlum olub ki, orta və yuxarı sinfin qadınları arasında belə əməliyyatlar çox geniş yayılıb.

Mütəxəssislər qeyd ediblər ki, plastik əməliyyat olunan insanların 50 faizinə cərrahi müdaxilə ehtiyac olmayıb. Gənclər daha gözəl görünmək, dəbə ayaq uydurmaq üçün cərrahlara müraciət edirlər. İranda 3 mindən çox həkim plastik əməliyyat edir. Səhiyyə nazirliyi isə bu insanların çox az hissəsinə icazə verir, əməliyyatların əksəriyyəti mütəxəssis olmayan insanlar tərəfindən həyata keçirilir.


Xəbərə aid fotolar