Nazir müavini: Azərbaycan və Aİ tərəfdaşlıq sazişinin mətnini marta qədər razılaşdıra bilərlər


Digərləri 14 Dek 2018 10:01:00 193 0

Nazir müavini: Azərbaycan və Aİ tərəfdaşlıq sazişinin mətnini marta qədər razılaşdıra bilərlər

Azərbaycan və Avropa İttifaqı (Aİ) tərəfdaşlıq sazişinin mətnini gələn ilin mart ayına qədər razılaşdıra bilərlər.

Bakı. Ləman Zeynalova - Azərbaycan və Avropa İttifaqı (Aİ) tərəfdaşlıq sazişinin mətnini gələn ilin mart ayına qədər razılaşdıra bilərlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib. Nazir müavini qeyd edib: "Əgər bizim aramızda qarşılıqlı anlaşma olsa, kompromissə gedəcəyik. Düşünürəm ki, gələn ilin mart ayınadək sazişin mətnini razılaşdıracağıq. Bizim üçün əsas olan sənədi hazırlamaq və paraflamaq, sonra isə ratifikasiya etməkdir". M.Məmməd-Quliyev əlavə edib ki, Avropa Komissiyası və Avropa Parlamentində qarşıda duran seçkilərin nəticəsi həmin sənədin imzalanması prosesinə təsir göstərməyəcək, çünki hər iki tərəf bu sazişi dəstəkləyir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin