BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbində master klass keçdi (FOTO)


Digərləri 14 Dek 2018 10:37:22 281 0

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbində master klass keçdi (FOTO)

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçıları üçün master klass keçib.

Bakı. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Mühəndislər üçün biznes təhsili” layihəsinin iştirakçıları üçün master-klass keçib. O, gələcəyin mühəndislərinə neft-qaz, enerji geosiyasətindən danışıb, bu istiqamətdə Azərbaycanın yaxın ölkələrlə olan münasibətlərinin analizini verib. Master-klass zamanı Bəxtiyar Aslanbəyli həmçinin tələbələrə Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyalardan, enerji bazarlarının diversifikasiyasından bəhs edib, neft və qaz bizneslərinin fərqini açıqlayıb.