Milli komandamıza yeni baş məşqçi təyin olunub


Digərləri 14 Dek 2018 10:42:00 242 0

Milli komandamıza yeni baş məşqçi təyin olunub

Karate üzrə kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub.

Bakı. Karate üzrə kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub. Bundan sonra karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq. Bu barədə Trend-ə Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov deyib. Yeni baş məşqçini heyətə təqdim edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunuğundan şərəf duyduğunu ifadə edən B.Kandaz Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətdi işdə böyük həvəslə çalışacağını, eləcə də hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib. O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.