Parlamentlərarası İttifaqın prezidenti: Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik


Digərləri 14 Dek 2018 10:47:00 250 0

Parlamentlərarası İttifaqın prezidenti: Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik

Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik.

Bakı. Elçin Mehdiyev - Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik. Trend-in məlumatına görə, bunu Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron Bakıda İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında çıxış edərkən deyib. O qeyd edib ki, Azərbaycan gənclər üçün innovasiyalı, bu günün çağırışlarını qət etmək üçün təkliflər edir, onların həyata keçməsi üçün yaxşı şərait yaradır: "Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında iştirak etdiyimə görə çox şadam. İlk növbədə, Azərbaycanın bu konfransa ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".