Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı növbəti danışıqların vaxtı açıqlandı


Digərləri 14 Dek 2018 10:16:49 257 0

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı növbəti danışıqların vaxtı açıqlandı

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı növbəti danışıqların vaxtı açıqlanıb.

Bakı. Ləman Zeynalova - Gələn həftə Cenevrədə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlar aparılacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib. Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə iş gedir, danışıqlar davam etdirilir: "Gələn həftə İsveçrənin Cenevrə şəhərində növbəti danışıqlar keçiriləcək. Həmçinin təşkilatın özündə islahatlar aparılacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin