Turizm xidmətlərinə dövlətin nəzarət edə bilməsi üçün mexanizmlər tətbiq ediləcək (ÖZƏL)


Digərləri 14 Dek 2018 07:50:38 587 0

Turizm xidmətlərinə dövlətin nəzarət edə bilməsi üçün mexanizmlər tətbiq ediləcək (ÖZƏL)

Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək. Bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər: "Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir".