Unikal ölkə Bu ölkədə siyasət və idarəçilik birbaşa kriminal aləmlə bağlıdır


Siyasət 14 Dek 2018 07:14:00 598 0

Unikal ölkə  Bu ölkədə siyasət və idarəçilik birbaşa kriminal aləmlə bağlıdır

Parlamentdə bəzi deputatlar adları ilə yox, ləqəbləri ilə tanınırdı...

"Ermənistanda siyasi proseslərdə və dövlətin idarəçiliyində kriminalın rolu həmişə böyük olub. İndi də bu rol azalmayıb. Son ayların gedişatı göstərir ki, əksinə, artır. Bir neçə ay əvvəl Baş nazir Nikol Paşinyan müavinlərdən birinə tapşırıq verib ki, o, kriminal strukturlarla, qruplarla, "oğru aləmi" ilə ünsiyyət yaratsın və aparılan siyasətə onlardan dəstəyin alınmasını təmin etsin. Ümumiyyətlə, bu halın və tapşırığın özü belə özlüyündə nonsensdir".

Bu barədə Son.az-a "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə son aylar Ermənistanda baş verən hadisələri şərh edərkən deyib.

Müharibənin bir addımlığında - Paşinyan təhlükə ilə oynayır Politoloqun sözlərinə görə, Ermənistanda daxili siyasətin formalaşmasında kriminal qrupların rolu ona görə böyükdür ki, onların böyük biznesi var və bu biznes külli miqdarda insanı iş yerləri ilə təmin edir: "Bundan əvvəlki parlamentdə kriminal qruplar deputatlarının timsalında açıq-aşkar fəaliyyət göstərirdilər. Hətta insanlar onları adları yox, daha çox ləqəbləri ilə tanıyırdı. Düzdür, dekabrın 9-dakı seçkilərdən sonra həmin adamlar özləri birbaşa parlamentdə olmayacaqlar. Amma güman etmək olar ki, özləri olmasa da, onları yaxın adamları, sıx bağlı olduqları şəxslər təmsil edəcəklər.

Ümumiyyətlə, Ermənistanda orta və daha çox iri biznesin nümayəndələri kriminal aləmlə sıx bağlıdırlar. Çünki illərdir bu ölkədə kriminal sxem fəaliyyət göstərib. Paşinyan deyir ki, guya korrupsiya ilə mübarizə aparır. Lakin bu "mübarizə"nin də müəyyən çərçivələri var.

"Paşinyan oyunu" hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi - Ermənistan ciddi sosial partlayış ərəfəsindədir Bundan əlavə, inanmıram ki, Paşinyan erməni siyasətində faktor rolunu oynayan kriminal elementlərlə açıq mübarizəyə girə bilsin. Çünki onsuz da hazırda hakimiyyət dəyişikliyindən sonra Ermənistandan pul axını müşahidə olunur. Əgər belə bir mübarizə başlasa, o zaman bu axın birə on artacaq. Onun da əksəriyyəti biznes pullarıdır. Amma yenə də qeyri-müəyyənlik qalır. Paşinyan bir tərəfdən ölkədə guya korrupsiya, qanunsuzluqla mübarizə aparır, digər tərəfdən kriminal qruplarla əlaqələri gücləndirməyə çalışır... Bu necə mümkün ola bilər?!"

İ.Vəlizadə qeyd edib ki, burda yenilik Paşinyanın kriminal aləmi öz qaydaları ilə oymağa məcbur etmək istəyi ilə bağlıdır: "Paşinyan ölkənin köhnə rəhbərliyindən fərqli olaraq ortaya yeni qaydalar qoyur. Yəni öz qaydaları ilə oynamağa çalışır. Əgər kriminal aləm onun iqtidarı ilə münasibət qurmaq istəsə, işlər Paşinyanın cızdığı planlar, qoyduğu qaydalar üzrə getməlidir. Lakin ola bilər ki, kriminal "avtoritet"lərin bir qismi bunu istəməsin. O zaman onlara qarşı "antikorrupsion mübarizə sxemi" işə düşəcək. Bu sxem Paşinyanın əlində onun siyasəti ilə razılaşmayan insanlara qarşı bir təzyiq alətidir".

Ermənisayağı "demokratiya" - Çanaq kimin başında çatlayacaq? Ekspert hazırda Ermənistanda kütləvi informasiya vasitələrinə qarşı başlanan polis savaşının arxasında duran pərdəarxası məqamı da aydınlaşdırmağa çalışıb. Onun sözlərinə görə, bu, əvvəlllər media fəaliyyəti dövründə kriminal vasitələrdən istifadəyə üstünlük verən Paşinyanın planların tərkib hissəsidir: "Paşinyanı ümumiyyətlə, jurnalist hesab etmək düzgün deyil. Onu daha çox menecer adlandırmaq olar. O, əsasən qeyri-hökumət təşkilatlarının nümayəndəsi kimi fəaliyyət göstərib. "Haykakan jamanak" özü vaxtilə müxalifət düşərgəsində olarkən reketçiliklə məşğul olub. Yəni müxtəlif mənbələrdən mənşəyi məlum olmayan pullar alıb və kimlərəsə qarşı sifarişlə kompramat müharibəsi aparıb. Paşinyanın rəhbərlik etdiyi bu qəzet meydanda olan digər KİV-lərə qarşı da müxtəlif kampaniyalar aparır və onların fəaliyyətini məhdudlaşdırmağa çalışırdı. İndi də hakimiyyət bütövlükdə onların əlinə keçib. Ona görə də bu niyyətlərini reallaşdırmaq üçün qarşılarında heç bir problem qalmayıb".

İlkin İzzət Son.az