Tanınmış britaniyalı jurnalist Azərbaycan artıq Formula 1in top 5liyində özünə yer edib


Digərləri 14 Dek 2018 07:00:00 753 0

Tanınmış britaniyalı jurnalist  Azərbaycan artıq Formula 1in top 5liyində özünə yer edib

"Azərbaycanın fantastik trası var. Bakıdakı tras ən həyəcanvericilərdən biridir. Burada həm yüksək sürət, həm də çətin döngələr var. Bakıdakı trasın imkanları, özəllikləri, fərqli cəhətləri, gözəlikləri çoxdur. Yəni əminliklə deyə bilərik ki, Azərbaycan artıq Formula 1-in top 5-liyində özünə yer edib. Artıq Bakıda Qran Prilər ən maraqlı yarışlardan olur. Onu da deyə bilərəm ki, Azərbaycan bu səviyyəyə çox tez gəlib çatıb".

Bu barədə Son.az-a açıqlamasında Böyük Britaniyanın məşhur "İndependent" qəzetinin müxbiri, avtoidman yarışlarından yazan tanınmış veteran jurnalist, "GrandPrix+" jurnalının tərəfdaş-təsisçilərindən və Formula 1 üzrə nüfuzlu ekspertlərdən biri Devid Tremeyn (David Tremayne) bildirib.

2018 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışlarından biri seçilib Onun sözlərinə görə, Azərbaycandakı yarışı çox bəyənsə də, müqayisədə bu ilin ən yaxşı Qran Prisi Meksikadakı yarış olub: "Məncə bu il orada ötmələr, hadisələr nisbətən daha həyəcanlı idi. Meksikada hər dəfə yarış maraqlı keçir. Orda gözəl tras var. Ona görə də düşünürəm ki, Meksika Qran Prisi ən populyar yarışlardandır. Hesab edirəm ki, Formula 1-də yarışların maraqlılığı baxımından Meksika Azərbaycana ən ciddi rəqibdir".

Britaniyalı jurnalist hesab edir ki, 2018-ci ildəki mövsüm əvvəlkilərlə müqayisədə Formula 1 tarixinə böyük bir imza atması ilə fərqlənib: "Çünki bu il çox fantastik yarış oldu. "Mercedes" və "Ferrari", Luis Həmilton və Sebastian Fettel arasında fantastik mübarizə baş tutdu. Əvvəlki illərə nisbətən bu il yarışma daha gərgin və intensiv keçdi və qaliblər 2017-ci ilə nisbətən daha çox xal topladılar. Maks Ferstappenli "RedBull" da çox layiqli mübarizə apardı. Mübarizədə üç komandanın olması olduqca çox maraqlı idi.

Formula 1-də qalib bəllidir - YENİLƏNİB - FOTO Ona görə də məncə bu il Formula 1 çempionatının tarixində inanılmaz dərəcədə böyük mövsüm oldu. Halbuki, "Mercedes"in 2014, 2015 və 2016-cı illərdə ciddi rəqibi yox idi. Lakin artıq "Ferrari" bunu edə bilir. Bu baxımdan bu il ötən ilkinə nisbətən daha yaxşı mövsüm keçdi".