Roma Papasının "Lamborghini"si lotereyada uduşa qoyuldu


Digərləri 14 Dek 2018 05:30:00 599 0

Roma Papasının "Lamborghini"si lotereyada uduşa qoyuldu

Bir müddət əvvəl "Sotheby's" hərracında Roma Papasına məxsus avtomobil satışa çıxarılmışdı.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, indi də "Omaze" şirkəti bu "Lamborghini Huracan" modelini lotereyada uduşa qoymaq niyyətinə düşüb.

Ötən il "Lamborghini" şirkəti Roma Papasına avtomobil bağışlamışdı. Papa isə avtomobili hərraca çıxararaq 809.375 avroya satmışdı. Əldə edilən vəsait isə xeyriyyə məqsədi üçün sərf edilib.