Acundan boşanan Şeymadan İLGİNC AÇIQLAMA: "Enerji partlayışı yaşayıram" FOTO


Digərləri 14 Dek 2018 01:30:00 595 0

Acundan boşanan Şeymadan İLGİNC AÇIQLAMA: "Enerji partlayışı yaşayıram"  FOTO

TV 8 kanalının direktoru Acun Ilıcalı ilə 6 il vətəndaş, 14 ay isə rəsmi nikahda yaşayan Şeyma Subaşı ərindən boşandıqdan sonra ilk dəfə açıqlama verib.

Son.az xəbər verir ki, Şeyma boşandıqdan sonra ilk müsahibəni "Lofficiel" jurnalının dekabr sayına verib. O, müsahibəsində enerji partlayışı yaşadığını etiraf edib.

Şeyma Acundan boşandıqdan sonra həyatında yeni bir səhifə açdığın bildirib: "Hər kəsin həyatında eniş və çıxışlar olur. Bu dövrlərdə özümə həmişə xatırlatdır və təlqin edirəm ki, can sağlığı hər şeydən vacibdir. Əgər canın sağlamdırsa, öhdəsindən gələ bilmədiyin heç nə yoxdur. Gələcək üçün də eyni şeyi deyirəm.

Ailəm, uşağım və özüm sağlam olduğumuz müddətdə bütün problemlər yoluna düşəcək. Bu, hər kəs üçün keçərlidir. İş və ya eşq həyatında hər kəsin pis dövrləri ola bilər, əsas odur ki, bu dövrlərdə ətrafımıza baxıb, nəfəs aldığımızı hiss edib yalnız bunun üçün də şükür edə bilək.


Xəbərə aid fotolar