Günün qoroskopu: Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin


Digərləri 14 Dek 2018 00:01:00 851 0

Günün qoroskopu: Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında səs-küy və yaxın ətrafınızdakı insanların nevroz davranışları sizi qıcıqlandıracaq. Belə əsəbi vəziyyətdən qaçıb qurtulmaq istəyəcəksiniz. Daşınmaz əmlakla bağlı əməliyyatları planlaşdırmayın, həyata keçirməyə cəhd göstərməyin.

Günün ikinci yarısında bir çox problemlər həllini avtomatik tapacaq.

Ətrafınızdakı insanlar sizə irad tutacaqlar, tənqidləri səngitməyəcəklər. Axşam saatlarında səmimi söhbət və birgə məşğuliyyət ailə münasibətlərini yaxşılaşdıracaq.

Buğa - səhər saatlarında işgüzar aktivliyiniz yüksək səviyyədə olsun. Fiziki və ya emosional diskomfort hiss edə bilərsiniz. İşdə rəhbərliklə görüşmək, danışıqlar və müzakirələr aparmaq olar.

Anlaşmanın şərtlərini nəzərdən keçirəndə diqqətli olun.

Günün ikinci yarısında aram ritmlə çalışın. Belədə tapşırıq və işlərin öhdəsindən uğurla gələcəksiniz.

Ailədə uşaqlarla bağlı problemlər yarana bilər. Şəxsi münasibətlərdə hisslərə əsaslanan problemləri çözməyə başlayın. Axşam saatları sakit keçəcək.

Əkizlər - səhər saatlarındakı müşküllər və çətinliklər sizi təbdən çıxarmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək.

Gecikmələr, təxirəsalmalar olacaq.

Uğursuzluqlar və ya imtinalara görə özünüzü suçlamayın. İş ondadır ki, situsiya sizin üçün məqbul, əlverişli deyil.

Günün ikinci yarısında bədxərclik etməyin, məntiqli davranın.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Yaxınlarınızla emosional müzakirələrə başlamayın. Belə ünsiyyət münaqişə ilə sonuclana bilər.

Axşam saatlarında situasiya normallaşacaq.

Xərçəng - səhər saatlarından etibarən işlərin görülməsində və yerinə yetirilməsində problemlər yarana bilər. Sizin üçün prinsipial məsələlərdə kiməsə nəyisə sübut etməyə çalışmayın. Fikirlərinizi yaxşı tanımadığınız insanlara açıqlamayın.

Günün ikinci yarısında bir sıra məsələlər aktuallığını itirəcək. Əhvalınız və münasibətləriniz korlana bilər.

Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanın ifrat iradları ilə qarşılaşacaqsınız. Amma elə sizin özünüzü eqoizmdə suçlayacaqlar.

Sadə, təvazökar olun.

Şir - günün ilk yarısında uzunmüddətli səfərə çıxmayın. Yaxşı bələd olduğunuz marşrutlarla hərəkət edin.

Alış-verişdə çox pul xərcləməyin.

Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Bacarıq və intellektinizi nümayiş etdirin.

Yaxınlarınızla təmaslarda soyuqqanlı, təmkinli olun. Problemləriniz və qayğılarınız barədə sevdiyiniz insanla danışa bilərsiniz. Səmimiyyət münasibətləri möhkəmləndirəcək. Aktiv fiziki təmrinlər yeni güc verəcək.  

Qız - əhvalınızdakı dəyişikliklər, emosionallıq işinizdə çətinliklər yaradacaq. Əlavə məsuliyyət və öhdəliklər olacaq. Planlarda dəyişikliklər, yaşamda yeniliklər istisna deyil.

Səbrli olun, əlverişli anı gözləyin.