ƏhliBeytə salam göndərməyin sirri nədir?


Digərləri 13 Dek 2018 23:20:00 722 0

ƏhliBeytə salam göndərməyin sirri nədir?

Elm məcslinin ədəb qaydalarından biri də budur ki, müəllimlər ona xitab edənlərə salam verərlər. Allah Təala bu ədəb qaydasını bizə Quranda öyrətmişdir.

"Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara "salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini)düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır" de". ("Ənam" 54).

Həzrət Peyğəmbərin (s) məclisində olan insanlar iki dəstəyə bölünürdülər: onların bir dəstəsi salamı Peyğəmbərdən (s) və bir dəstəsi isə Allahdan alırdılar. Allahın salamı dedikdə, əlbəttə ki, salamatlığın əta olması nəzərdə tutulur. Belə deyildir ki, Allah söz şəklində kiməsə salam versin.

Son.az deyerler.org-a istinadən bildirir ki, salamatlığın ən mühüm növü isə qəlb salamatlığıdır. Əgər qəlb Allahdan qeyrisindən boş olarsa, belə qəlb sağlam qəlbdir. O zaman ki, qəlb sağlam olar, o zaman bu qəlbə İlahi elm və maarif axmağa başlayar.

Ona görə də Allah Təala əvvəl insana qəlb verər və sonra tutum.

Qəlbin sağlam olmasının nişanələrindən biri - qəlbin sınmasıdır. Əgər qəlb sınarsa, insan gərək şükür etsin. Çünki bunların hamısı İlahi ətadır.