Azərbaycan nefti bahalaşıb


Digərləri 13 Dek 2018 23:00:00 662 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 63,01 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 63,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,49 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 61,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.