Günah onun yanında ən sevimli əməl olar...


Digərləri 13 Dek 2018 22:50:00 741 0

Günah onun yanında ən sevimli əməl olar...

(Ayətullah Hüseyn Məzahiri əxlaq dərslərindən)

Ləvvamə nəfs insan daxilində olan peyğəmbərlərdən biridir. İnsanı pis işlərdən uzaqlaşdırar və yaxşı işlərə təşviq edər.

Aqil insan həmişə ləvvamə nəfsinin dediklərinə əməl edər. İnsan günah edən zaman ləvvamə nəfs onu tövbə etməyə vadar edər və onu təkrar etməməsi üçün zəminələr hazırlayar.

Ancaq əgər insan daima əmmarə nəfsinin qulu olarsa və onun dediklərini yerinə yetirib günah işlədərsə, günahın çoxluğu ləvvamə nəfsi zəiflədər və aradan aparar.

Əgər insanda ləvvamə nəfs fəaliyyət göstərməzsə, insan məğlub olar.