Türkiyənin bu şəhəri suyun altında qala bilər


Dünya 13 Dek 2018 22:52:00 361 0

Türkiyənin bu şəhəri suyun altında qala bilər

Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerləşən "Kral qızı" su anbarının ötürücü qapaqlarından biri leysan səbəbindən sıradan çıxıb.

Son.az axar.az-a istinadən bildirir ki, jandarm və fövqəladə hallar idarəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Daşqın təhlükəsinə qarşı önləyici tədbirlər görülür.