İsmiəzəm (Allahın ən böyük adı) hansıdır?


Digərləri 13 Dek 2018 22:45:00 1097 0

İsmiəzəm (Allahın ən böyük adı) hansıdır?

Rəvayətlərdeə deyilir ki, Allahın adlarından (əsmaül-hüsna) biri xüsusi əzəmətə malikdir. Bu ada "ismi-əzəm", yəni Allahın ən əzəmətli adı deyirlər. İsmi-əzəm vasitəsilə xariqül-adə işləri görmək mümkündür. Hədislərdə buyurulur ki, peyğəmbər və imamlar, bəzi övliyalar ismi-əzəmi söyləməklə möcüzələr edir, hətta ölüləri dirildirdilər. İsmi-əzəmin nədən ibarət olduğu barədə məlumatlar fərqlidir.

Son.az islam.az-a istinadən bildirir ki, bəziləri "Allah" adının, bəziləri isə "Həyy", "Qəyum" və ya başqa zikrlərin ismi-əzəm olduğunu demişlər. İsmi-əzəmin Fatihə surəsində, ayətül-kürsidə, Bəqərə, Ali-İmran, Həşr yaxud başqa surələrdən birində olduğunu deyənlər də olub. Hədislərdə "Bismillahir-Rəhmanir-Rəhim" ayəsinin ismi-əzəmə yaxın olduğu, hətta ismi-əzəmin özü olduğu buyurulub.