Gəncədə piyadanı avtomobil vurub


Digərləri 13 Dek 2018 22:46:00 840 0

Gəncədə piyadanı avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən restoranlardan birinin qarşısında yolu qarşı tərəfə keçmək istəyən Oruc Tağıyevi avtomobil vurub.

Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə məktəbli qızı avtomobili vurub.