İnsanı yolundan azdıran ən təhlükəli amil


Digərləri 13 Dek 2018 22:40:00 623 0

İnsanı yolundan azdıran ən təhlükəli amil

(Ayətullah Reyşəhrinin əxlaq dərslərindən)

Zəlillik - doğru yoldan azmaq, hidayət isə doğru yolda qala bilməkdir. Hidayət o yoldur ki, İlahi rəhmət və mehribanlıqla Siratül-müstəqim yoluna yönləndirər. Əks halda Qiyamət günü mələklər günahkarları cəhənnəmə tərəf hidayət edəcəklər.

Allah Təala Quranda buyurur ki, əgər kimsə doğru yolu seçərsə, bu, onun faydasınadır. Əgər doğru yoldan azarsa, özü ziyan etmiş olar.

İmam Səccadın (ə) belə bir duası vardır ki, buyurur: "Allahım mənə yardım et ki, yolumu azmayam, çünki Sən qadirsən!". Bu duanın mənası cəbr deyildir. Allahın iradəsi belə deyildir ki, bütün bəndələri məcburi şəkildə hidayət olsunlar. Allah Təala Öz bəndələrinə ixtiyar vermişdir ki, hər kəs öz hidayət və ya zəlalət yolunu seçsin.

İmam Səccad (ə) bu duada bizə öyrədir ki, Allahdan tövfiq istəyək və zəlalət ilə hidayətin amillərini tanımaqda bizə yardım etsin. Zəlalət amillərini özümüzdən uzaqlaşdıraq və hidayət amillərinə yaxın olaq.