"Beş göz" alyansı Huaweiə qarşı


Dünya 13 Dek 2018 22:25:00 405 0

"Beş göz" alyansı Huaweiə qarşı

Huawei şirkətinin təsisçisinin qızının Kanadada həbsi texnologiyalar və ticarət sahəsində Qərblə Çin arasında hegemoniya uğrunda xalçaaltı mübarizəni üzə çıxarmış oldu.

Təhlükəsizlik sahəsində ekspertlər onilliklər ərzində güzəştsiz "standartlar müharibəsini" proqnozlaşdırırlar.

Huawei-in telekomunikasiya avadanlığı faktiki olaraq ABŞ, Avstraliya və Yeni Zelandiyada qadağan olunub. Qərbin ingilisdilli ölkələrinin "Beş göz" adlandırılan xüsusi xidmətləri alyansının yalnız iki üzvü - Kanada və Britaniya - hələ ki, Çin telekomunikasiya nəhəngilə açıq qarşıdurmaya getməyib.

Meng Wanzhou-nun Kanadada həbsindən sonra qalır yalnız Britaniya, amma orada da davakar səslər getdikcə daha ucadan eşidilməkdədir.

ABŞ, Avstraliya və Yeni Zelandiya təhlükəsizlik risklərini əsas tutaraq mobil rabitənin beşinci nəsli olan 5G şəbəkəsi üçün avadanlığın alınmısını qadağan edib.

Chatham House analitik mərkəzin kiber təhlükəsizlik üzrə mütəxəssisi Emily Taylor hesab edir ki, son on ildə ticarət və texnologiyalar sahəsində əməkdaşlıq ab-havası xeyli dəyişib.

"10 il bundan əvvəl nikbinlik daha çox idi", - o deyir.

İndi isə həm Çində, həm də ABŞ-da hakimiyət dəyişib. Pekin açıq bildirir ki, gələcəyin texnologiyaları sahəsində Qərbi ötmək niyyətindədir.

Washington isə çinliləri intellektual mülkiyyəti oğurluqda ittiham edərək onlara qarşı ticarət müharibəsi elan edib.

Çinlilər - Trump-ın xarici siyasətinin əsas hədəfidir.

Huawei-in maliyyə direktoru Meng Wanzhou-nun Kanadada həbsinə də çoxları məhz bu müharibənin prizmasından baxırlar.

Ona qarşı irəli sürülən ittihamın təfsilatları məlum deyil, amma ABŞ-da bu şirkətin İrana qarşı sanksiyaları pozduğu ehtimalı araşdırılır.

Chatham House-dan Emily Taylor bu hadisəni Qərblə Çin arasında 5G sürətli mobil rabitə texnologiyası sahəsində birincilik uğrunda rəqabətin bir epizodu sayır.

"Bu müharibənin məqsədlərindən biri - öz istehsalçılarının avadanlığına və texnologiyasına üstünlük verən ölkənin bunun nəticəsi kimi ticarətdən əldə etdiyi qazancdır. Çin isə, güman olunduğu kimi, 5G texnologiyalarında dünyada hamıdan irəlidədir", - Emily Taylor deyir.

Ütüdə də Çin texnologiyası olacaq?

Bu məsələ nəyə görə məhz indi qalxıb? Huawei uzun müddətdir ki, Qərbə avadanlıq ixrac edir - həm mobil rabitə, həm də kabel şəbəkələri üçün və əksər ölkələr Çin şirkətlərinin işindən narazalıq bildirmirdi.

Çünki 5G tamam başqa məsələdir, Britaniyadakı Rusi tədqiqat şirkətinin müdafiə eksperti Ewan Lawson hesab edir.