Hər yaşın haqqını verin


Digərləri 13 Dek 2018 22:15:00 824 0

Hər yaşın haqqını verin

Bir elm adamı nəql edirdi ki, uzun illər ötdükdən sonra təsadüfən ustadına rast gəlir. Çox sevinir, ehtiram əlaməti olaraq onun əlini öpür.

Ustad da keçmiş şagirdi ilə görüşdən son dərəcə məmnun qalır, çöhrəsinə təbəssüm qonur. Artıq xeyli yaşa dolan müəllimin əhvalını bir qədər də yaxşılaşdırmaq üçün elm adamı deyir: "Ustad! Maşallah, illər Sizi heç qocaltmayıb".

Bunu eşidən kimi sevinc müəllimin üzündən təbəssüm yox oldu, kədərləndi: "Eləmi? Amma hər yaşın haqqını vermək lazımdır. Demək, mən yaşımın, yaşadığım illərin haqqını verməmişəm"...