Adi xörək duzu bu xəstəlikləri


Digərləri 13 Dek 2018 21:25:00 708 0

Adi xörək duzu bu xəstəlikləri

Adi xörək duzu çox geniş müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində duz müxtəlf pozulmalar zamanı çox təsirli müalicəvi vasitə kimi uğurla istifadə olunur.

Ənənəvi tibb də duzun müalicəvi xüsusiyyətlərini təsdiq edir.

Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahı Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi.

Son.az saglamolun.az-a istinadən bildirir ki, tanınmış rus cərrahı Piroqov 1-ci Dünya Müharibəsi zamanı duz islatmalarını yaraların müalicəsində uğurla istifadə edirdi.

Duz məhlulu ilə islatmalar yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalır.

Hal hazırda dəniz duzu məhlulu zökəm zamanı geniş istifadə olunur. Dəniz duzu əsasında hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir. Belə damcıların əks-göstərişləri və yanaşı təsirləri yoxdur.

Boğaz iltihabları zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1/2 çay qaşığı duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin.