Macarıstan parlamentində qanun layihəsinin müzakirəsi zamanı ara qarışıb


Dünya 13 Dek 2018 21:26:00 252 0

Macarıstan parlamentində qanun layihəsinin müzakirəsi zamanı ara qarışıb

Macarıstanda 2 min sakin parlamentin qarşısında etiraz mitinqinə çıxıb.

Son.az "Report"a istinadən bildirir ki, sakinlər parlamentdə müzakirə olunan yeni əmək qanununa etiraz olaraq bu addımı atıblar.

Onların qarşısını almaq üçün cəlb edilən polis əməkdaşları mitinqi dağıtmaq üçün bibər qazından istifadə edib. Bununla yanaşı, parlament salonunda müxalifət həmin qanun layihəsinə dair səsverməni əngəlləmək üçün qarşıdurma yaradıb.