Suyunu əsla atmayın, ən az özü qədər faydalıdır


Digərləri 13 Dek 2018 21:12:00 527 0

Suyunu əsla atmayın, ən az özü qədər faydalıdır

Diyetoloqlar qatıq suyunun ən azı qatıq qədər faydalı olduğunu bildirirlər. Amma bu maye əslində düşünüldüyündən daha da xeyirlidir.

Son.az medicina.az-a istinadən qatığın özündən də faydalı suyu haqqında bir çoxlarının bilmədikləri faydalı xüsusiyyətlərini açıqlayır:

1. Suyun tərkibində olan kalsium, zülal və B vitaminləri aclıq hissini aradan qaldırır, yağ yandırır. Bu isə artıq çəki problemləri olan insanlar üçün faydalıdır.   2. Qatıq suyunun tərkibində olan faydalı bakteriyalar bağırsaq florasını bərpa edərək qəbizlik problemini aradan qaldırır.

3. Halsızlıq, çəki artması, həyəcan, narahatlıq kimi problemlərə səbəb olan tiroid xəstəlikləri də qatıq suyu çox faydalıdır.

4. Şəkər xəstələri və ya insulin müqaviməti olan şəxslər üçün qatıq suyu təbii dərman kimidir. Qandakı şəkər miqdarını normada saxlayaraq xəstənin müqavimətinin artmasında olduqca faydalıdır.