Kraliça 16 min funt sterlinq maaşa xadimə axtarır


Digərləri 13 Dek 2018 20:44:00 554 0

Kraliça 16 min funt sterlinq maaşa xadimə axtarır

İngiltərənin kral ailəsi saray və qalalarında işləmək üçün xidmətçi axtarır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, işə götürüləcək şəxs Londondakı mülklərdə və ya Vindzor qalasında işləyəcək. Onun illik maaşı 16 min funt sterlinq olacaq. Bu şəxsin şahzadə Harri və Meqan Markl ilə də işləmək ehtimal var.

İngilis mətbuatının xəbərinə əsasən, Meqan Markl bir çox köməkçisini qovub və saray işçilərinə əziyyət verir.