Paşinyan niyə seçkidən sonra Saakyanla görüşdü?


Dünya 13 Dek 2018 20:48:00 393 0

Paşinyan niyə seçkidən sonra Saakyanla görüşdü?

Nikol Paşinyanın parlament seçkisindəki qələbəsindən sonra ilk olaraq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşməsinin bir neçə məqsədi var.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, birincisi, Paşinyan separatçıların lideri ilə görüşməkdə erməni cəmiyyətinə sanki mesaj göndərir:

"Yəni bununla demək istəyir ki, o da özündən əvvəlkilər kimi, işğalçılıq siyasətini davam etdirəcək, daxildəki və xaricdəki millətçilər narahat olmasın. İkincisi, Paşinyan tez-tez Bako Saakyanla görüşməklə onu nəzarətdə saxlamaq istəyir. Çünki Paşinyanın əsas rəqibləri ona qarşı "Qarabağ kartını" istifadə etməyə çalışacaq".