Məktəblilərin nəzərinə:


Digərləri 13 Dek 2018 20:12:00 765 0

Məktəblilərin nəzərinə:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərpoçt MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir.

Son.az bildirir ki, nazirlikdən Kult.az-a verilən məlumata görə, builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən "Öz qəhrəmanın haqqında məktub yaz" mövzusu (15 yaşa qədər olan məktəblilər), Azərpoçt MMC tərəfindən isə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusu təklif edilib.

Hər mövzu üzrə 1-ci yerin sahiblərinə 200 manat, 2-ci yerin sahiblərinə 150 manat, 3-cü yerin sahiblərinə 100 manat və həvəsləndirici yerlər üzrə qaliblərin hər birinə 80 manat məbləğində pul mükafatları, Fəxri fərman və hədiyyələr təqdim olunacaq.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır.