Marsdan qəribə GÖRÜNTÜLƏR:


Digərləri 13 Dek 2018 20:18:00 883 0

Marsdan qəribə GÖRÜNTÜLƏR:

"The Hidden Underbelly 2.0" paranormal Youtube kanalı Marsın səthi ilə bağlı yeni paylaşım edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, video çarx 83 fotodan ibarət, Marsın səthini əks etdirən bir rolikdir. Bütün fotolar 2018-ci ilin 15 iyun tarixində "Curiosity" aparatı ilə lentə alınıb.

Bildirilir ki, fotolar iki həftə Marsda tüğyan edən qum fırtınası zamanı çəkilib. Bu qum fırtınası zamanı Marsın səthində gün işığı görünməyib. Bu səbəbdən kadrlar dumanlıdır.

Amma bununla belə, fotolarda havadan asılı tünd obyektlər görünür. Bu, xırda qum dənələri yox, daha iri obyektlərdir. Çünki obyektlər roverdən 1 mil aralı məsafədən görünür. Onlar ilk baxışdan eynidir və eyni formaya, ölçüyə sahibdir.