57 yaşlı kişidən ikinci arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL:


Kriminal 13 Dek 2018 20:04:00 779 0

57 yaşlı kişidən ikinci arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL:

Sabirabad rayonunda qeyri-rəsmi nikahda yaşadığı arvadını öldürməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Xanbala Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika-ya istinadən xəbər verir ki, 9 mart 2017-ci il tarixdə, saat 07 radələrində Sabirabad rayonu, Kovlar kəndindəki fərdi yaşayış evində Xanbala Cəfərova qeyri-rəsmi nikah münasibətlərində olduğu Şahnisə Muradova spirtli içkilər qəbul etməsini irad tutub.

Boğub öldürdü

Bu zəmində Xanbala Cəfərov arvadı ilə mübahisə edib. Arvadının ona kobud cavab verməsindən qəzəblənən Xanbala Cəfərov qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Xanbala Cəfərov bu niyyətlə Şahnisə Muradovanın boğazından tutaraq sıxıb və qadın həmin zaman boğularaq ölüb.

Xanbala Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində Sabirabad rayon Prokurorluğunda toplanan cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Axşamdan içdiyimdən..."

Məhkəmədə ifadə verən Xanbala Cəfərov özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilməyib. O, özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Xanbala Cəfərov bildirib ki, martın 8-də onlar qudasıgildən evlərinə qayıtdıqdan sonra arvadı Şahnisə onun spirtli içkilərə pul tapdığı halda dişlərini düzəltdirməyə pul tapmadığından gileylənməyə başlayıb: "Səhər gün saat 06 radələrində yuxudan durdum, otağın soyuq olduğunu gördüyüm üçün qaz peçini yandırdım. Qazı çox açmışdım ki, otaq tez qızsın. Şahnisə də mənimlə bərabər yuxudan oyandı. Mənə səhər yeməyi hazırladı və yataq otaqlarında peç ilə televizorun arasında yerdən süfrə saldı. Axşamdan içdiyimdən möhkəm başı ağrıdığından, yəni "paxmel" olduğumu fikirləşdim".

"Arvadım sakitləşmədi"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu səbəbdən evdə olan yarımçıq araq şüşəsindən 100 qram süzüb və həmin arağı hamısını içib: "Bu zaman Şahnisə də gəldi, döşəyin üstündə yarı uzanmış kimi uzandı. Sonra deyinməyə başladı ki, arağa pul tapırsan, hər şeyə pul tapırsan, hər yerə getməyə pul tapırsan, amma mənim nə dişlərimi düzəltdirirsən, nə də ki Şamaxıda yaşayan qardaşımgilə aparırsan. Bundan sonra Şahnisəyə dedim ki, sənə demişəm axı həyətimizdə əkdiyimiz paxla yetişib, satan kimi sənin dişlərini düzəltdirəcəm. Artıq Şahnisənin sözündən daha da əsəbiləşdim. Arağın hamısını içdim. Sonra arağın butulkasını görən olmasın deyə pəncərədən kanala tərəf tulladım. Lakin, Şahnisənin getdikcə qızışıb, deyinməyə başladığından və ona "bəsdi" deməyimə, "qardaşıgildən təzə gəldiyini, nə var gündə-gündə qardaşıngilə getmək istəyirsən?", - deməyimə baxmayaraq sakitləşmədi".

"Şahnisənin ayağı peçə dəydi"

Xanbala Cəfərov qeyd edib ki, bu zaman Şahnisə daha da çox deyinməyə başlayıb: "Şahnisə mənə "cəhənnəmə apar, o paxlanında içinə zibil olsun, heç xeyrini görməyəsən, o nə vaxt çıxacaq ki, sənin də pulun olacaq", - deyə nalayiq sözlər danışmağa başladı. Onun nalayiq sözlər danışdığını gördüm, daha da əsəbiləşdim. Sağ əlimlə Şahnisənin boğazından tutaraq, var gücümlə sıxdım, ona "kəs səsini, başımı xarab elədin lap", - deyə söyləndim. Bu zaman Şahnisənin ayağı çabaladığından peçə dəydi. Şahnisə məni özündən aralamaq üçün çiyinlərimdən itələdi. Həmin vaxt mən də Şahnisəni elə yerin içinə uzanıqlı vəziyyətdə atdım. Onun ünvanına söyə-söyə iş yerimdə yemək üçün qoyulmuş salafanın içindəki çörək və soyutma yumurtanı götürdüm, sonra da otaqdan çölə çıxdım. Əsəbimdən heç Şahnisə tərəfə baxmadım, köhnə ayaqqabılarımı geyindim, çöl darvazanın qapısından çıxdım. Sonra qapının açılmaması üçün də içərdən olan cəftəni bir qədər qabağa etdim. Həmin vaxt cəftə qapıya dirəndiyindən qapı örtülü dayandı".

"Evə gəlməyimi bildirdilər"