Muhammed jurnalisti mişarla doğratdı,


Dünya 13 Dek 2018 20:08:00 273 0

Muhammed jurnalisti mişarla doğratdı,

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed ibn Salman etiraf edib ki, Misir və İordaniya ilə sərhəddə NEOM adlı fantastik şəhər salmaq planları uğursuzluğa düçar olub. 

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, vəliəhd biznesmenlərlə görüşündə bu haqda danışıb. Bildirib ki, yaxın illərdə heç kimin bu layihəyə investisiya qoyacağına inanmır. Çünki jurnalist Camal Xaşoginin öldürülməsinə reaksiyalar çox sərt olub.

Şahzadə etiraf edib ki, dünyanın Xaşoginin öldürülməsinə reaksiyası ümumiyyətlə Səudiyyə krallığının daha modern ölkəyə çevrilməsi planlarını təhlükədə qoyub.

Muhammed bin Salman NEOM adlı müasir şəhər salınması da daxil olmaqla Səudiyyə krallığını modernləşdirmək planlarını iki il əvvəl, neftin kəskin ucuzlaşdığı vaxtlarda elan etmişdi. Onun planlarına iqtisadiyyatın neftdən asılılığını azaltmaq, həyatın bütün sahələrində islahatlar aparmaq, qadınlara daha geniş hüquqlar vermək daxil idi. Şahzadə "Vision-2030" adlı islahatlar paketini açıqlayandan sonra çox keçmədən faktiki saray çevrilişi nəticəsində vəliəhdə çevrildi. Və çox keçmədən atasının əvəzindən ölkəni idarə etməyə başladı. Onun NEOM adlı fantastik şəhər layihəsinin 500 milyard dollara başa gəlməsi nəzərdə tutulurdu. Bu, özünün ayrıca iqtisadiyyatına, qanunlarına malik olan şəhər olmalıydı, orada rəqəmsal texnologiyalardan, yeni energetikadan, biotexnologiyadan istifadə edilməliydi.