Nazarbayev Bakıda təhsil almış generalı dəstəklədi


Dünya 13 Dek 2018 19:44:00 237 0

Nazarbayev Bakıda təhsil almış generalı dəstəklədi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda hərbi təhsil almış general-leytenant Stanislav Zasın KTMT baş katibi postuna namizədliyinə rəsmi dəstəyini ifadə edib.

Son.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Nazarbayev Astanada Zas ilə keçirdiyi ikitərəfli görüşdə bildirib. 

"Sankt-Peterburqda KTMT-yə üzv dövlətlərin başçıları sizin namizədliyiniz barədə Aleksandr Lukaşenkonun (Belarus prezidenti) təklifini dəstəkləməklə bağlı qərar qəbul etdilər. Siz artıq KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə görüşməyə başlamısınız və artıq Bişkekdə olmusunuz. Bildiyiniz kimi, Qırğızıstan Respublikası indi KTMT-yə sədrlik edir. Əminəm ki, sizin görüşləriniz yaxşı keçib" - Nazarbayev bildirib. 

Nazarbayev, həmçinin, KTMT-nin baş katibi postunda çalışmaq üçün Zasın zəruri olan bütün bilik və bacarıqlara malik olduğunu vurğulayıb.