"Makrona görə Fransa artıq borca düşə bilər"


Dünya 13 Dek 2018 19:36:00 272 0

"Makrona görə Fransa artıq borca düşə bilər"

Son.az xəbər verir ki, Fransa Milli Assambleyasının (Parlament) Xarici işlər üzrə komissiyasının üzvü Jerom Lamber Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi "Sarı jiletlilər" in 17 noyabrdan keçirdikləri etiraz aksiyasına münasibətdə bəyan etdiyi tədbirləri Report-a şərh edib.

"Bu tədbirlər özü-özlüyündə mənfi deyil. Lakin onları kim maliyyələşdirəcək? Fransada Prezidenti Emanuel Makronun bəyan etdiyi tədbirlərin maliyyələşməsində, təəsüflər olsun ki, Fransanın varlı təbəqəsinin iştirak etməsi nəzərdə tutulmayıb. Emanuel Makron Prezident seçiləndən - 18 aydan bəri əhalinin yalnız bir neçə mininə, yəni 0,1 faizinə olunan hədiyyələrə, vergilərə əl vurulmur. Bundan belə qənaətə gəlirik ki, bu tədbirlər hansı təbəqəyə aiddirsə - kasıb və orta - onlar özləri də onarı ödəməli olacaqlar. Beləliklə, Fransa bundan da artıq borca düşə bilər. Artıq 3 faizə çatmış defisit daha da arta bilər. Çox gözəl bilirik ki, borcu hər zaman qaytarmaq lazımdır. Lakin cənab Makron son zamanlar varlı fransalılara verdiyi hədiyyələrə toxunmaq istəmir. Bu siyasət bir az ikiüzlüdür desək yanılmarıq. Çünki, bü gün kasıb və orta təbəqəyə verilən imtiyazları onlar özləri ödəməli olacaqlar, varlı təbəqə yox", - deyə deputat bildirib.