Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirib


Digərləri 13 Dek 2018 19:14:15 586 0

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirib

Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrlə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib.

Bakı. Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələrlə maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir.